Suriyadakı müşahidəçilərin sayı artırılır

Suriyanın hökumət qoşunları Dəməşq ətrafındakı Duma şəhərini atəşə tutublar.

Yerli koordinasiya komitələrinin məlumatına görə, bazar günü səhər şəhərədə bir neçə partlayış baş verib.

2 nəfərin öldüyü xəbər verilir, amma bu məlumatı müstəqil mənbələr tərəfindən təsdiqləmək mümkün deyil.

Həmçinin Suriya insan haqlarını müşahidə mərkəzi bazar gününə keçən gecə Baniyas limanında hərbi patrula hücum nəticəsində 1 hərbçinin öldüyünü, 3-nünsə yaralandığını xəbər verir.

Beynəlxalq müşahidəçilər qrupu bu ərəfədə Homs şəhərinə baş çəkiblər.

France-Presse agentliyi onlardan ikisinin şəhərdə qaldıqlarını xəbər verir.

BMT-nin təhlükəsizlik şurası şənbə günü Suriyadakı beynəlxalq müşahidəçilərin genişləndirilməsi barədə qərar qəbul edib.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.