Breivik 69 gənci güllələdiyinə görə peşman deyil

Norveçdə məhkəməsi gedən Anders Behring Breivik etiraf elədiyi cinayətlərdən birinə görə - Oslodakı bomba partlayışında günahsız insanların ölümünə təəssüf elədiyini, ancaq Utoya adasında güllələdiyi 69 gəncə görə peşmançılıq keçirmədiyini deyib.

Breivik Osloda Aprelin 23-də davam edən məhkəməsində yenə törədiyi qətlləri etiraf edir, ancaq cinayət işləmədiyini iddia edir.

Özünü islama və gəlmələrə qarşı vuruşan cəngavər sayan Breivikin günahı sübut edilsə, 21 il həbs cəzası alacaq.