Rusiya müxalifətçisi 40 günlük aclığı dayandırdı

Rusiya müxalifətçisi Oleg Shein acılığı dayandırıb.
Həştərxanda martın 4-dəki mer seçkilərində namizəd olmuş və saxtakarlıqlar olduğunu deyən Shein 40 gün idi ki, aclıq edirdi.
O bildirib ki, polis onun iki tərəfdarını azad edəndən sonra aclığı dayandırmaq qərarına gəlib.
Shein və onun tərəfdarları martın 16-dan aclıq edirdi.
Keçən dövrdə Həştərxanda müxtəlif etiraz aksiyalarında Sheinin onlarla tərəfdarı həbs olunmuşdu.