Avropalı diplomatlar Belarusa dönür

Avropa Birliyi ölkələrinin fevralda Belarusu tərk edən səfirləri Minskə dönməyə başlayıblar.

AzadlıqRadiosu Belarus xidmətinin məlumatına görə, Çexiya, İsveç və Eastoniyanın bu ölkədəki səfirləri həftənin sonunadək Minskə dönmək fikrindədirlər.

Belarus ona qarşı tətbiq edilmiş sanksiyalara cavab olaraq Poşa səfiri və Avropa Birliyinin nümayəndəsini ölkədən çıxardığına görə, xarici diplomatlar bu ölkəni tərk etmişdilər.

Belarus hakimiyyəti aprelin 15-də prezidentliyə keçmiş namizəd Andrey Sannukau və onun nümayəndəsi Dimitri Bondarenkonu həbsdən azad edib.

Diplomatların dönməsinin bununla bağlı olduğu bildirilir.

Amma Avropa Birliyi bu ölkədəki bütün siyasi məhbusların azad edilməsini təkid edir.