Panetta Pxenyanı təxribatdan çəkinməyə çağırıb

Birləşmiş Ştatların müdafiə naziri Leon Panetta Şimali Koreyanı növbəti təxribatlardan çəkinməyə çağırıb.

O Braziliyada çıxış edərkən bildirib ki, bu cür hərəkətlər regionda qeyri-sabitliyə səbəb olacaq.

Məlumatlara görə Şimali Koreya yaxın zamanlarda yeni nüvə sınağı keçirə bilər. Yerli mətbuat buna hazırlıq getdiyini yazır.

Aprelin 13-də Pxenyanın fəzaya ballistik raket buraxmaq cəhdi uğursuz alınıb.

Birləşmiş Ştatlar buna görə Şimali Koreyaya ərzaq yardımını dayandırıb.