Duma qubernator seçkisiylə bağlı qanun layihəsi qəbul edib

Rusiyanın Dövlət Duması qubernator seçkisiylə bağlı qanun layihəsi qəbul edib.

237 deputat prezidentin təklif etdiyi sənədin lehinə, 83 nəfərsə əleyhinə səs verib.

Qanun Layihəsini Federasiya Şurasıyla prezident də təsdiqləməlidir.

Əgər sənəd təsdiqlənsə iyunun 1-dən qüvvəyə minəcək.

Qanun layihəsinə görə qubernatoru vətəndaşlar seçir, namizədləri isə siyasi partiyalar və namizəd olmaq istəyənlərin özləri verir.

İnterfaksın məlumatına görə, yeni qanun layihəsində qubernatorluq müddəti 5 ildir və 1 nəfər dalbadal 2 dəfədən artıq seçilə bilməz.