Sabah Qaradağda qaz olmayacaq

Foto arxiv

Sabah Qaradağ rayonunun qazla təchizatında məhdudiyyətlər olacaq.

ANS PRESS-in “Azəriqaz” istehsalat Birliyinə istinadla verdiyi məlumata görə, təmir işləri ilə bağlı aprelin 27-i saat 10.00-dan “Duvannı” qaz kəmərilə qazın nəqli dayandırılacaq.

Təmir müddətində rayonun Qaradağ stansiyası, Sahil, Səngəçal, Ümid və Umbakı qəsəbələrinə qaz fasilələrlə veriləcək.