Tarix institutuna 3 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi barədə sərəncam imzalayıb.

2013-2015-ci illərdə Azərbaycan tarixinə dair tədqiqatların genişləndirilməsi üçün Milli Elmlər Akademiyasına prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılıb.

Məlumatı prezidentin internet saytı yayıb.