Çexiya və Rumıniyada hökumətə etimad məsələsi müzakirə olunur

Bu gün Çexiya və Rumıniya parlamentində hökumətə etimad məsələsi müzakirə olunur.

Keçən şənbə günü Çexiyada 90 minə yaxın adam etiraz aksiyasına çıxmışdı. Onlar hökumətin ağır iqtisadi büdcə siyasətinə etiraz edirdilər.

Bu aksiya 1989-cu ildə kommunist rejiminin devrilməsindən sonra Çexiyada hökumət əleyhinə keçirilən ən böyük etiraz aksiyalardan biri idi.