Bakıda sərnişin avtobusu aşıb, xəsarət alanlar var

Bakı-Quba magistral yolunun Biləcəri qəsəbəsinə gedən hissəsində sərnişin avtobusu aşıb.

Şahidlərin dediyinə görə, qəzaya uğrayan 93 nömrəli marşrut avtobusudur.

Dəmiryol Xəstəxanasından «Trend»ə verilən məlumata görə, qəzada xəsarət alan 3 nəfər xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.

Bir yaralının isə başqa bir xəstəxanaya aparıldığı bildirilir.