Timoşenkonun məhkəməsi təxirə salınıb

Ukrayna məhkəməsi səhətinə görə keçmiş baş nazir Yuliyo Timoşenkonun ikinci işiylə bağlı dinləmələri mayın 21-dək təxirə salıb.

Timoşenko həbsxanada döyülməsinə etiraz olaraq 1 həftədir ki, aclıq edir.

Bundan başqa o kürəyində baş qaldırmış ağrılardan əziyyət çəkir.

O hazırda səlahiyyətlərini aşma ittihamıyla 7 illik həbs cəzası çəkir.

İndi isə ona qarşı vergidən yayınma və məsrəfçiliklə bağlı yeni ittiham irəli sürülüb.

Bir çox Qərb ölkələri və Timoşenkonun özü məsələnin siyasi motivli olduğunu deyirlər.