Naxçıvan şəhərindən Əlincə Qalasına getmək üçün 25 km avtomobillə, təxminən 2 km-də piyada yol getmək lazım gəlir. Qala Culfa rayonunun Xanəgah və Əlincə kəndlərinin əhatəsindəki eyniadlı yalçın dağın başında yerləşir. Ora 2 yolla qalxmaq olar, amma gərək bələdçin də olsun - nabələd adam bu sıldırım çığırlardan baş aça bilməz. Əlincə kəndindən olan bələdçim adının çəkilməsini istəməsə də, səsinin efirə getməsinə etiraz etmir.
Yol sərt yoxuş olduğundan Qalaya qalxana kimi bir neçə yerdə oturub dincəlməli oluruq. Nəhayət, qala divarlarının qalıqları görünür. Daş divarların eni 2-3 metrə yaxındır. İxtisasca tarixçi olan bələdçi deyir ki, qədimdə bura qalanın giriş darvazası olub:
ƏMİR TEYMUR ƏLİNCƏ QALASINI ALIBMI?
Bələdçi izah edir: «Əlincə Qalasına giriş üçün ən əlverişli yol buradır. Qalaya əsas hücum da bu yoldan olub. Bu qalaya hücum etmək çox çətin olub. Aşağı hissələrdə postlar qurulurmuş. Düşmən hücum edəndə qalaya çəkilib müdafiə olunurdular. Qala 14 il Teymurləngin qoşunları tərəfindən mühasirədə qalıb. Teymurləng oğlu Miranşahı qalaya göndərsə də, o, qalanı ala bilmir».
Əksər tarixi mənbələrdə göstərilir ki, Əmir Teymurun qoşunları qalanı mühasirədə saxlasa da, onu işğal edə bilməyib. Bələdçim isə bu fikirlərlə razılaşmır, deyir ki, Miranşah qalanı ala bilməsə də, bəzi tarixçilərə görə, Əmir Teymur Əlincə qalasını işğal edə bilib.
QALADAN ÇAYA GİZLİ YOL OLUBMU?
Qalanın içərisinə daxil oluruq. Qalanın sahəsi təxminən 1 hektar düzənlik ərazidən ibarətdir. Bələdçi deyir ki, qaladan Əlincə çayına gizli yeraltı yol olub. İndi həmin yolu tapa bilmirlər:
«Həmin gizli yolla gedib su və ərzaq gətirirmişlər özlərinə. Qaladakıların camaatla da əlaqələri olub. Camaat köməklik edirmiş mühasirə vaxtlarında».
Qalanın ərazisində əllə qazılmış bir neçə hovuz var. Həmin hovuzlara müxtəlif istiqamətlərdən kiçik su kanalları qazılıb.
Bələdçi deyir ki, yağış suları həmin kanallarla hovuzlara axır:
«Bu kanalları insanlar əlləri ilə qazıblar. Yağış yağır, həmin kanallarla hovuzlara dolur. Bütün hovuzlar bir-biri ilə əlaqəlidirlər. Yağış suları kiçik hovuzlara dolub, böyük hovuzlara axır. Qalada onlarla belə hovuz var. Əvvəllər bu hovuzlar dərin olublar. Sonradan istifadə olunmadığından tədricən içəriləri dolub. Qaladakılar su ehtiyatlarını həmin göllərə yığırmışlar. Hovuzları qazmaq üçün daşkəsən alətlərdən istifadə olunub».
Qalanın yan tərəfində hündür qayanın üstündə «Şahtaxtı» deyilən yer var. Həmin yerə çıxmaq üçün əllə qazılan cığır itdiyindən qayanın üstünə çıxmaq mümkün olmur. Bələdçi deyir ki, həmin yerdə şah və əyanları yaşayırmışlar:
BU CIĞIR «ŞAHTAXTI»NA APARIR...
«Bu cığır «Şahtaxtı»na aparır. Şahın oturduğu yer dikdədir. İndi həmin yerdə heç nə qalmayıb».
Bələdçi bu qala ilə bağlı türk tarixçilərinin yazdıqlarına da toxunur. O yada salır ki, türk tarixçilərinə görə, bu qalada Atabəylər dövlətinin xəzinəsi yerləşib. Tarixçilərin ehtimalına görə, həmin xəzinə hələ də burada qalır. Bələdçi əlavə edir ki, Sovet dövründə vertolyotla bir neçə dəfə gəlib burada xəzinə axtarıblar, amma heç nə tapa bilməyiblər:
ÇOX ADAM XƏZİNƏNİ TAPMAQ FİKRİNDƏ OLUB
«Vertolyot gəlib saxlayırdı burda, başlayırdılar axtarmağa. Çox adam xəzinəni tapmaq fikrində olub. Tarixçilər dəqiq məlumat verir ki, xəzinə tapılmayıb hələ. Haradasa bu qaladadır».
Tarixçi-alim Boran Əzizli Atabəylər dövlətinin xəzinəsinin qalada gizlədilməsi barədə deyilənləri təsdiqləsə də, tarixi mənbələrdə Əmir Teymurun Əlincəni işğal etməsi ilə bağlı məlumatlara rast gəlmədiyini bildirir:
«Teymurləngin Əlincə Qalasını işğal etməsi ilə bağlı məlumat yoxdur. Bəlkə də xalqın yaddaşında qalmış məsələdir. Elxanilər, Eldəgizlər dövlətinin hökmdarlarının əsas xəzinə ehtiyatı Əlincə Qalasında yerləşib. Qala həddən artıq sıldırımlı olub. Bu xəzinəyə görə yadellilər həmişə bu qalanı almaq istəyib. Teymurləng qalanı almağı oğlu Miranşaha tapşırıb. Amma arxeoloji qazıntılar zamanı ordan yalnız saxsı qablar tapılıb».
Tarixçi-alim Əlincə Qalasının restavrasiya olunmasının vacibliyinə də toxundu:
«BU QALA YADDAŞLARDA YADELLİ İŞĞALÇILARA QARŞI MÜQAVİMƏT MƏRKƏZİ KİMİ QALIB»
«Əlincə Qalası Azərbaycanın tarixi qalalarından biridir. Bu qala gənc nəslin yaddaşında yadelli işğalçılara qarşı müqavimət mərkəzi kimi qalıb. Ona görə də Əlincə Qalasının uçulub dağılmış hissəsinin bərpası zəruridir».
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlasaq da, onlar bu haqda danışmaq istəmədilər.
Naxçıvanın Bakıdakı nümayəndəliyinin rəhbəri Həsən Hacıyev isə dedi ki, qaladakı vəziyyəti araşdırmaqdansa, Naxçıvandakı inkişafı işıqlandırmaq lazımdır:
«İKİ DƏNƏ DAŞ QALADAN DÜŞÜB, ONU PROBLEMƏ ÇEVİRİRSİNİZ...»
«Orada bir daş düşübsə, bu o demək deyil ki, Naxçıvanda bu işlərə fikir vermirlər. Narahat olmayın. Naxçıvanda nə varsa hamısı öz yerindədir. Qorunur və qorunacaq da. Qətiyyən narahat olmayın. Əməkdaşınıza deyin ki, belə şeylərə fikir verməsin. Getsin görsün ki, necə işlər görülür, necə abadlıq işləri aparılır, bunlardan yazsın. Yoxsa iki dənə daş qaladan düşüb, onu problemə çevirirsiniz...».
Əlincə Qalasının tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər.
Orta əsrlərdə dağılan bu qala sonradan əvvəlki səviyyədə bərpa olunmayıb.