Azərbaycanlılardan rus nənələrə qoyun hədiyyəsi

“Buranovskiye babuşki”

Udmurtiyadakı azərbaycanlı icması Rusiyanın “Buranovskiye babuşki” qrupuna qoyun hədiyyə etmişdir.

Əslində qoyun Bakıda keçiriləcək “Eurovision” yarışmasına gəlməyə hazırlaşan nənələrin ayağı altında kəsilməliymiş.

Oxuzalı.az İTAR TASS-a istinadla xəbər verir ki, azərbaycanlı icması bu qurbanla “Qələbə sizin olsun” arzusunu ifadə etmək istəyirmiş.

Amma nənələr “qan istəmirik” deyərək qoyunun kəsilməsinə razı olmamışlar.

Bundan sonra qonaqlar qoyunu nənələrə hədiyyə etmişlər.

Onlar çar-naçar qoyunun nənələrdən birinin həyətində qalmasına razı olmuşlar.

Hədiyyəyə çox sevindiklərini bildirən nənələr azərbaycanlıları evə dəvət edərək süfrə açıblar və onları isti sup, kaşa, blinçik və samaqona qonaq etmişlər.