Yenidən işlənmiş “Fətəli fəthi”nin Moskvada təqdimatı oldu

Çingiz Hüseynov (ortada)

Rusiyada yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynovun “Fatalnıy Fatali” kitabının yenidən işlənmiş təkrar nəşrinin Moskvada təqdimatı olub.

Tədbir Rusiyadakı azərbaycanlı yazarların yaratdığı “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin təşəbbüsü ilə baş tutub - Moskvadakı “Milllətlər evi”ndə.

Ç.Hüseynov M.F.Axundovun Azərbaycanın ən görkəmli mütəfəkkirlərindən biri olduğunu vurğulayaraq deyib ki, o heç də dinsiz deyildi, sadəcə, “Kəmalüddövlə məktubları”nda polemik yolla dinə geniş baxışla yanaşıb.

“Şəhriyar” cəmiyyətinin katibi, şair Sultan Mərzili bildirib ki, Çingiz Hüseynovun əsərlərində bədiiliklə tarixilik, publisistika ilə fəlsəfə “sarmaşıq kimi bir-birinə sarılaraq” üzvi bir vəhdətdə birləşib. “Fətəli Fəthi”, “Doktor N” və daha sonra “Ne dat vode prolitsya iz oprokinutoqo kuvşina” (“Yıxılmış kuzədən su tökülməsin”), “Qələmin yuxuları”, “Gələcəyə doğru” əsərləri məhz belə bir yaradıcılıq yolunun məhsuludur.