Suriyada 15 əsgər öldürülüb

Suriya insan hüquqları mərkəzi 15 əsgərin öldürüldüyünü xəbər verir.

Hüquq müdafiəçiləri insidentin ölkənin şimalındakı Hələb vilayətində baş verdiyini, həmçinin 2 üsyançının öldürüldüyünü deyirlər.

Amma bu məlumatı müstəqil mənbələr tərəfindən təsdiqləmək mümkün deyil.

Həmçinin bazar ertəsi ölkənin şimalındakı İdlib əyalətində törədilmiş partlayışlarda azı 20 adam ölüb.

Aprelin 12-dən ölkədə atəşkəs elan edilsə də zorakılıqlar davam edir.