ABŞ çinli fəal Chen Guangchengin məsələsini diqqətdə saxlayacaq

Birləşmiş Ştatlar gözdən əlil çinli hüquq müdafiəçisi Chen Guangcheng məsələsini diqqətlə izləyəcək.

Bunu Çində səfərdə olan ABŞ Dövlət katibi Hillary Clinton bəyan edib.

O ABŞ və Çin rəsmilərinin hüquq müdafiəçisinin işiylə bağlı qarşılıqlı anlaşmaya gəldiklərini deyir.

Ev dustaqlığından qaçan Chen Guangcheng çərşənbə günü ABŞ səfirliyini tərk edib və hazırda
Pekindəki xəstəxanalardan birindədir.

O bunu təhlükəsizliyinə təminat aldıqdan sonra edib.

4 il yarım həbs çəzası çəkən hüquq müdafiəçisi indi ev dustağıdır.