Suriya müharibə cinayətlərində ittiham edilir

“Human Rights Watch” Dəməşqi müharibə cinayətlərində ittiham edir.

Təşkilat deyir ki, 95 mülki vətəndaş öldürülüb, onların əksəriyyəti edam edilib. “Mart və aprel aylarında Kofi Annanın planını qəbul etmə ərəfəsində ölkənin şimal əyalətində yüzlərlə ev dağıdılıb”, deyə qeyd olunur.