Pakistanda törədilmiş 2 partlayışda 5 nəfər ölüb

Pakistanın şimalında törədilmiş 2 partlayışda 5 adam ölüb.

Yerli hakimiyyətin məlumatına görə, Çamarkand şəhərində törədilmiş partlayışda Talibana qarşı çıxan 2 ağsaqqal ölüb.

Təhlükəsialik qüvvələri hadisə yerinə gələndə isə ikinci partlayış baş verib və nəticədə 3 əsgər ölüb.

Hər iki bomba uzaqdan idarə olunan qurğuyla işə salınıb.