Qızıl mədənlərində Əliyevlərin payı
Sizin brauzer HTML5-i dəstəkləmir
Daşkəsənin Çovdar kənd sakinləri prezident İlham Əliyevdən kömək istəyirlər. Deyirlər ki, Çovdar qızıl yatağını istismar edəcək xarici şirkətlər onların torpaqlarını əllərindən alıb, yollarını dağıdıb, kənddəki iki bulaqdan birinin qarşısını kəsiblər. 80-nə yaxın sakini olan Covdar camaatı bu xarici şirkətlər arasında Prezidentin ailəsinin də şirkətlərinin olmasından xəbərsizdir.