Mahaçqalada iki terror aktı nəticəsində 110-dan çox adam yaralanıb

Mahaçqalada terror

Mahaçqalada baş verən iki terror aktı nəticəsində 110-dan çox adam yaralanıb. RİA Novosti Dağıstanın hüquq-mühafizə orqanlarına istinadən bildirir ki, 80 nəfər xəstəxanalara yerləşdirilib. Digərlərinə hadisə yerində yardım göstərilib.

Ölənlərə gəldikdə onların sayının 13, ya da 15 olduğu bildirilir. Ölənlər arasında polislər də var. Hüquq-mühafizə orqanları ölənlərin sayının artacağını istisna etməyib.

Partlayışlar dünən – mayın 3-ü gecə olub. RİA Novosti xəbər verir ki, əvvəlcə intiharçı Mahaçqala - Həştərxan yolundakı polis postu yaxınlığında maşın partladıb.

Birinci partlayışdan 20 dəqiqə sonra ikinci partlayış baş verib.

Hadisə yerində əməliyyatçılar işləyir. Terrorçuların axtarışı davam edir.