Chen Guangcheng xaricə getmək istəyir

Çinin Xarici İşlər Nazirliyi bildirib ki, hüquq müdafiəçisi Chen Guangcheng bütün Çin vətəndaşları kimi xaricə getmək üçün müraciət edə bilər.

Chen aprelin 27-də ev dustaqlığından qaçaraq 6 gün ABŞ-ın Pekindəki səfirliyinə sığınmışdı. Oradan çıxıb xəstəxanaya gedəndən sonra isə xaricə getmək istədiyini bildirmişdi.