İtaliyada yol qəzasında azı 5 adam ölüb

İtaliyanın şimalında baş vermiş yol qəzasında azı 5 nəfər ölüb, bir neçə adamsa yaralanıb.

Sərnişin avtobusu Paduya şəhərinin ətrafında yoldan çıxaraq aşıb.

İstefada olan polislər veteranların Venetsiya ətrafında illik görüşünə gedirmişlər.

Qəzanın səbəbi araşdırılır.