Ermənistanda hakim koalisiyanın qalib gələcəyi gözlənilir

Ermənistanda parlament seçkiləri keçirilir.

Rusiyalı müşahidəçi Siyabshakh Shapiyev hələlik elə bir pozuntu aşkar edilmədiyini deyir.

Rəy sorğularının nəticələrinə görə, “Respublika” partiyası ilə onun hakim koalisiyadakı müttəfiqi “Çiçəklənən Ermənistan” partiyası 60 faizdən artıq səs toplayacaq və bu göstərir ki, hökumətin tərkibində elə bir böyük dəyişiklik olmayacaq.

Eyni zamanda müxalifətdə olan keçmiş prezident Levon Ter Petrosyanın “Milli konqres” partiyasının parlamentə düşəcəyi gözlənilir.

Seçkinin gedişini ATƏT-dən 300-dən çox beynəlxlaq müşahidəçi izləyir.

Hakimiyyət seçkinin azad və ədalətli olacağını deyir.

ATƏT 2007-ci ildə Ermənistanda keçirilmiş parlament seçkisinin beynəlxalq standartlara cavab vermədiyini bəyan eləmişdi.

Seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanacaq.