James Appaturai Azərbaycana səfər edəcək

NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi Nümayəndəsi James Appaturai-ın iyulun 5-6-da Azərbaycana səfəri planlaşdırılır.

APA-nın məlumatına görə, James Appaturai-ın NATO həftəsi çərçivəsində tədbirlərə qatılacaq.

NATO rəsmisinin Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Ceyrançöl Təmizləmə Layihəsinin rəsmi açılış mərasimində də iştirakı planlaşdırılır.