Suriyada parlament seçkisi keçirilir

Mayın 7-də Suriyada parlament seçkisinə səsvermə başlayıb.

Bu seçki ilə prezident Bəşər əl-Əsəd siyasi islahatlar vəd edir.

Seçkiyə hazırlıq dövründə 9 siyasi partiya təsis edilib.

250 yer uğrunda 7 mindən çox namizəd mübarizə aparır.

Müxalifət seçkini "saxta" adlandırıb və boykota çağırıb.

BMT-nin qiymətləndirməsinə görə, Suriya iğtişaşlarında 9 mindən çox adam ölüb.