Heydər Əliyevin xatirəsinə velotur keçiriləcək

Mayın 9-13-də Azərbaycanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş velosiped turu keçiriləcək.

Yarışmada 20-dən çox ölkədən velosipedçi iştirak edəcək. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, həmin hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq.

Yarışın birinci mərhələsi mayın 9-da Azadlıq meydanı, Neftçilər prospekti boyunca Azneft dairəsi, Nobel prospekti, Zığ şosesində keçiriləcək.

Mayın 13-də isə yarışın 5-ci mərhələsi keçiriləcək. Bu mərhələdə saat 09:00-dan paytaxtın Azadlıq və Azneft meydanları, Neftçilər, Parlament, Hüseyn Cavid, İnşaatçılar, Bülbül prospektlərində, Niyazi, Sona Vəliyeva, Teymur Elçin, Mehdi Hüseyn, Bakıxanov, Səməd Vurğun və Şəmsi Bədəlbəyli küçələri boyunca 10 dövrə vurulması nəzərdə tutulub.

Digər, yəni ikinci, üçüncü, dördüncü Bakı-Şamaxı-İsmayıllı, İsmayıllı- Qəbələ-Oğuz-Şəki istiqamətlərində olacaq.