Futbol. Carles Puyol`un Euro 2012`dən kənar qalmaq ehtimalı artdı

Carles Puyol (ön planda), Kazan, 29 sentyabr 2010

İspaniyalı müdafiəçi Carles Puyol Euro 2012 turnirinə getməyə bilər.

Mayın 8-də onun çıxış etdiyi “Barcelona” klubu bəyan edib ki, dizindən zədəli Puyol artroskopik əməliyyatdan keçəcək. Bu isə azı 6 həftə futboldan kənar qalmaq deməkdir.

Əməliyyat mayın 12-də ediləcək.

İspaniya yığması isə Euro 2012`nin ilk matçını iyunun 10-da Italiyaya qarşı keçirəcək.