8 metr uzunluğunda timsah qalıqları tapılıb

Kenyada 2-4 milyon il əvvəl yaşamış və uzunluğu 8 metrdən artıq olan timsah qalıqları tapılıb.

Həmin timsah müasir Nil timsahını xatırladır, amma kəllə sümüyü və çənəsi fərqlidir.

Tapıntı haqda məlumat “Journal of Vertebrate Paleontology”də çap edilib.

İndiki Nil timsahının uzunluğu maksimum 6 metrə çatır.

Amma alimlər kəllə sümüyü və çənə fərqinə görə Nil timsahının qalıqları tapılan timsahdan törəmədiyini, sonrakı dövrdə müstəqil növ kimi inkişaf etdiyini düşünürlər.