Serbiyada prezidentin partiyası ilə sosialistlər koalisiya qurublar

Serbiyada prezident Boris Tadicin Liberal Demokrat Partiyası ilə sosialistlər koalisiya haqqında razılığa gəliblər. Yeni hökumətin strateji məqsədi Avropa Birliyinə üzv olmaqdır.

Serbiyada mayın 6-da keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, millətçi Tərəqqi Partiyası qalib gəlib. Bu partiya müxalifətdədir.

Mayın 20-də keçiriləcək prezident seçkilərinin ikini turunda sosialistlər indiki prezident Boris Tadici dəstəkləyəcəklərini bildiriblər. Tadicin rəqibi Tərəqqi Partiyasının lideri Tomislave Nikolicdir.