Elmar Məmmədyarov Misirdə ikitərəfli görüşlər keçirib

Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misirin Şarm Əl-Şeyx şəhərində Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki, İranın xarici işlər naziri Ali Akbar Salehi və Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Umarovla ikitərəfli görüşlər keçirib.

Görüşlərdə ikitərəfli münasibətlər, regional məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

APA-nın məlumatına görə, görüşlər Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçirilən iclası çərçivəsində baş tutub.

Elmar Məmmədyarov Sudanın xarici işlər üzrə dövlət naziri Salah Vanasilə də görüşüb.

Görüşdə Sudanla Cənubi Sudan sərhəddindəki silahlı münaqişə, bununla bağlı BMT Təhlükəsizlik Şurasının gündəliyində duran məsələ ətrafında fikir mübadiləsi aparılıb.