İndoneziyadakı təyyarə qəzasından sağ çıxan olmayıb

İndoneziyada qəzaya uğramış Rusiya təyyarəsində 45 nəfər olub.

Bu barədə Moskvada jurnalistlərə “Suxoy mülki təyyarələr” şirkətinin prezidenti Vladimir Prisyajnyuk məlumat verib.

Onun sözlərinə görə, onlardan 8-i Rusiya, 1-i Fransa,1-i ABŞ, 2-si İtaliya, 33-ü isə İndoneziya vətəndaşıdır.

Superjet-100 təyyarəsi çərşənbə günü nümayiş etdirilərkən radardan itib və təyyarənin qalıqları bu gün Çakartanın 64 kilometrliyində aşkar edilib.

Xilasedicilər təyyarədə olanların hamısının öldüyünü deyirlər.