Mayın 25-də MDB Energetika Şurasının iclası keçiriləcək

Foto arxiv

Mayın 25-də Aşqabadda Müstəqil Dövlətlər Birliyi Energetika Şurasının iclası keçiriləcək.

APA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, iclasda ötən ilə yekun vurulacaq və enerji sahəsində əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdiriləcək.

Toplantıda energetika nazirləri və idarə rəhbərləri, habelə bir sıra enerji şirkətlərinin nümayəndələri iştirak edəcək.