"Eurovision"un ilk qalibi Bakıya gəlir (Video - 1956-ci il)

Lys Assia

"Eurovision» mahnı müsabiqəsinin ilk qalibi Lys Assia Bakıdakı şouda iştirak etmək üçün Azərbaycana gəlir.

eurovision.az saytının yaydığı xəbərə görə, müsabiqənin İsveçrədən olan ilk qalibinin Azərbaycana səfəri mayın 24-də başlayacaq.

Lys Assia Oslo və Düsseldorfda keçirilən «Eurovision» şoularında da qonaq qismində çıxış etmişdi.

Lys Assia "Refrain" mahnısı ilə 1956-cı ildə keçirilən «Eurovision» Mahnı Müsabiqəsinin qalibi olub.

O, bu il də «Eurovision» yarışmasında təmsil olunmaq üçün Milli Seçimlərə qatılmışdı.

İsveçrə müğənnisi Lys Assia 1926-cı ildə doğulub.