Həftənin şəkilləri: 6-11 may 2012-ci il

Əfqanıstanın Herat şəhərində yaşayan Pari evini süpürür. O, hələ 7 yaşında olan Sovet qoşunlarının bombardmanlarına görə əllərini itirib. İndi isə qoca ərini və uşaqlarını əl işləri satmaqla dolandırır. (AFP/Aref Karimi)

Osama bin Ladenə bənzədilən bu heykəlin müəllifləri Manolo Castro, Julio Lorente və Alberto Lorentedir. "O" adlandırılan heykəli Kubada 11-ci Mədəniyyət tədbirində nümayiş etdiriblər. (REUTERS/Enrique De La Osa)

Qarabağdakı erməni qüvvələri Xankəndində Qələbə Günü qeyd edir, parad keçirirlər. (AFP/Karen Minasyan)

Pakistanda 40 dərəcəni keçən istidə sərinləməyə çalışan qız. (AFP/Arif Ali)

Suriyada BMT-nin müşahidəçilərini aparan əsgərlər bomba partlayışından yaralanıblar. (AFP/Louai Beshara)

People displaced after military operations against Taliban militants in South Waziristan wait to receive rations in Dera Ismail Khan in Pakistan's Khyber-Pakhtunkhwa Province. (epa/Saood Rehman)

Rusiya polisi müxalifətin etiraz aksiyasını dağıdır. (REUTERS/Denis Sinyakov)

Mayın 6-da Yunanıstanda keçirilən parlament seçkisində səs verən anasını gözləyən balaca qız. (REUTERS/Panayiotis Tzamaros)

"Diktaotr" filmin aktyorları Nyu-Yorkda mətbuat konfransında. (REUTERS/Keith Bedford)

Rusiyanın yeni prezidenti Vladimir Putin andiçmə mərasimindən dərhal sonra. (REUTERS/Dmitry Astakhov)