Vyanada pişikli kafe açılıb

Vyanada ilk dəfədir ki, pişikli kafe açılıb.

Sahibənin heyvanlar evindən götürdüyü 5 pişik müştərilərlə sərbəst ünsiyyət saxlayırlar.

47 yaşlı yaponiyalı qadın Takako İsumisi Vyanaya 20 il bundan əvvəl gəlib.

O bu kafenin açılması və antisanitariya qaydalarını razılaşdırılmasına 3 il vaxt sərf edib.

50 yerlik kafe dərhal turist və yerli sakinlərin marağına səbəb olub.

Sahibənin sözlərinə görə məqsəd hansısa səbəbdən evinə pişik gətirə bilməyən insanları sevindirməkdir.