Stavropolda şagirdləri aparan avtobus toqquşub,ölənlər var

Son məlumata görə, Stavropolda baş vermiş yol qəzasında 4 nəfər ölüb.

İnterfaks agentliyi həkimlərə istinadla daha bir yaralının xəstəxanada keçindiyini xəbər verir.

Müxtəlif məlumatlara qəza nəticəsində 18 adam yaralanıb və onların əksəriyyəti uşaqlardır.

Məktəbliləri aparan avtobus İnozemtsevo qəsəbəsinin yaxınlığında sərnişin avtobusu ilə toqquşub.

İstintaq gedir.