Vyanada İranın nüvə layihəsi ilə bağlı müzakirələr başlayır

Vyanada Beynəlxalq Atom Enerji Agentliyində İranın nüvə layihəsi ilə bağlı danışıqlar başlayır. Əsas məqsəd İranı məcbur etməkdir ki, xarici mütəxəssislərin şübhəli hesab olunan əraziyə girişinə şərait yaradılsın.

Bu sahənin Tehran yaxınlığında olduğu bildirilir.

Beynəlxalq Atom Enerji Agentliyi şübhələnir ki, burda nüvə silahının hazırlanması üzərində iş gedir.

Tehran dəfələrlə inkar edib ki, belə bir silah hazırlamır.