Çinin hazırda mühacirətdə yaşayan uyğur lideri Rebiya Kadeer Pekini onun xalqını assimilyasiya etməkdə suçlayır. Dünya Uyğur Konqresinin lideri mayın 14-də Yaponiyanın paytaxtı Tokyoda keçirdiyi mətbuat konfransında deyib ki, pekin sistemli şəkildə, həm də zorakı üsullarla uyğur xalqını öz kökündən uzaqlaşdırmağa çalışır.
Rabiya Kadeer dünya ictimaiyyətini Çində insan haqları pozuntularına daha yaxından diqqət yetirməyə çağırıb.
Bu gün dünyanın 20-dən çox ölkəsindən uyğur fəalları Tokyoya toplaşıb özlərinin müstəqillik arzularını ifadə ediblər. Onlar bildiriblər ki, hökumət uyğurların yaşadıqları Sin-Can əyalətinə ölkənin başqa yerlərində köç təşkil etməklə əhalinin etnik tərkibini dəyişməyə çalışır.
8.7 milyon əhalisi olan Sin-Can əayləti Mərkəzi Asiya, Rusiya və Əfqanıstanla həmsərhəddir.