Zaqatalada yenidən zəlzələ

Zaqatala rayonu ərazisində yenidən zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ mayın 15-i səhər saat 10-a yaxın Zaqataladan cənub-şərqdə qeydə alınıb. Episentrdə 5 bala yaxın, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. İnsan tələfatı yoxdur.