Pakistan yol məsələsini müzakirə edir

Pakistan rəhbərliyi NATO-nun Əfqanıstandakı qoşunları üçün yük daşınması ilə bağlı ərazisindən istifadəni müzakirə edir.

Pakistan rəhbərliyi keçən ilin noyabrında ABŞ-ın səhv hava zərbələri nəticəsində 24 hərbçisinin öldürülməsindən sonra yolu bağlamışdı. Bundan sonra Vaşinqton və İslamabad arasındakı münasibətlər pisləşmişdi.

ABŞ Pakistan hərbçilərinin ölümünə görə təəssüflənmişdi. Ancaq üzr istəməkdən imtina etmişdi.