Ahmedinejad Londona getmək istəyir

İran prezidenti Mahmud Ahmedinejad Londonda keçiriləcək Olimpiya oyunlarına getmək fikrindədir.

O İRNA agentliyinə müsahibəsində bildirib ki, iranlı atletlərə dəstək olmaq istəyir, amma səfərlə bağlı Britaniya hakimiyyətinin könülsüzlüyü ilə üzləşə bilər.

Böyük Britaniya 2011-ci ildə Tehrandakı səfirliyinə edilmiş hücumdan sonra diplomatlarını bu ölkədən geri çağırıb.