Ülvi Quliyev və Zülfüqar Eyvazlı azadlığa buraxıla bilər

Bu barədə İctimai Palatanın İnformasiya Mərkəzi məlumat yayıb.

Mayın 18-də Müsavat Partiyasının üzvü Ülvi Quliyev və AXCP funksioneri Zülfüqar Eyvazlının saxlandığı cəzaçəkmə müəssisəsinin rəhbərliyi onlardan cəzalarının alternativ cəza ilə əvəzlənməsi ilə əlaqədar məhkəməyə ərizə yazmalarını xahiş edib. Rəis daxili məhkəmənin olacağını bildirib.

Ü. Quliyev və Z. Eyvazlı İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs olunub. Ü. Quliyev 3, Z. Eyvazlı 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.