İctimai Palatanın aksiyalarına icazə verilməyib

Foto arxiv

Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın aksiyalarına icazə verməyib.

Müsavat başqanının müavini Tofiq Yaqublunun AzadlıqRadiosuna verdiyi məlumata görə, icra hakimiyyətindən onlara bildirilib ki, müraciət gec olunub.

İP mayın 19-da mitinq, 21-də isə piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.

İP-nın İctimai Televiziya qarşısında keçirmək istədiyi piketə gəldikdə isə Tofiq Yaqublu deyir ki, Şəhər İcra hakimiyyəti buna da “Eurovision” u əsas gətirərək icazə verməyib və qeyd edib ki, mayın 24-də müsabiqənin yarımfinal konserti keçiriləcəyindən İTV-nin qarşısında hər hansı aksiyanın keçirilməsi beynəlxalq tədbirin pozulmasına yönəlmiş əngəl kimi qiymətləndirilə bilər.

Tofiq Yaqublu deyir ki, buna baxmayaraq İP hər iki aksiyanı keçirməkdə israrlıdır.