Çempionlar Liqasının finalıdır

Foto arxiv

Bu gün futbol üzrə Çempionlar Liqasının finalıdır.

Münhenin “Alyans Arena” stadionunda keçiriləcək görüşdə Almaniyanın "Bavariya" və
İngiltərənin "Çelsi" klubları qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Çelsinin heyətində 4 itki var.

Cəzalı olduqlarından John Terry, Ramirez, Raul Meireles və Branislav Ivanovic meydana çıxmayacaqlar.

Bavariyada isə eyni səbəbdən 3 itki var.

Bunlar David Alaba, Luiz Gustavo və Holger Badstubedir.