Həftənin fotoları: 12-18 may

Rusiyanın Sankt-Peterburq şəhərində 17 May Beynəlxalq Homofobiya Günü münasibətilə flash-mob keçirilir. (ITAR-TASS)

Gürcüstanda cinsi azlıqların hüquqlarını müdafiə edən qruplarla dindarlar arasında qarşıdurma. 17 may Tbilisi. (Reuters/David Mdzinarishvili)

Balkan müharibəsində ərin, üç oğlu və nəvəsi öldürülmüş Mejra Dzogaz Serebrenica yaxınlığındakı evində televiziyada Bosniyanın serb lideri Ratko Mladicin məhkəmə prosesini izləyir. (Reuters/Dado Ruvic)

Tacikistanın paytaxtı Düşənbədə İslam Mərkəzində qadın gözdən əlillər üçün çap olunmuş "Quran" kitabını oxuyur. (Reuters/Nozim Kalandarov)

Ramallah şəhərindəki Ofer həbsxanasında İsrail təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı fələstinli gənc yanan təkəri qarşı tərəfə atır. (Reuters/Mohamad Torokman)

Türkmənistanın paytaxtı Aşxabadda dünya rekordu olan 47.6 metr hündürlükdə Aləm adlı təkərin açılış mərasimi. (AFP)

Kabulda öldürülən Əfqanıstanın Ali Sülh Şurasının üzvü, keçmiş Taliban rəsmisi Maulvi Arsala Rahmani dəfn edilir. (Reuters/Mohammad Ismail)

Pakistanın liman şəhəri olan Kəraçidə Əfqanıstana NATO-nun yanacağını aparan yük maşınları. (AFP/Asif Hassan)

Pakistanın paytaxtı İslamabadda tramplin üstündə tullanan oğlanın kölgəsi günəşi tutur. (Reuters/Faisal Mahmood)

Sarbiyanın Yenilikçi Partiyasından prezidentliyə namizəd olan Tomislav Nikolic Belqradda seçkiöncəsi tədbirlərdə. (AFP/Andrej Isakovic)

Ukraynanın Kleven şəhərində "Sevgi tuneli" adlanan köhnə dəmiryolu xəttinin üstü ilə gedən qız. (Reuters/Gleb Granich)

Qazaxıstanın Baykonur kosmodromunda Soyuz kosmik gəmisinin buraxılmasından əvvəl dua edən ortodoks xristian. (Reuters/Shamil Zhumatov )

Rusiyada Vladimir Putinin qalib gəldiyi seçkinin saxtalaşdırıldığını deyən müxalifət fəallarının Mosvada keçirdiyi etiraz aksiyası. (epa/Maksim Shipenkov)

Əfqanıstanın paytaxtı Kabulda təpəlikdə qəfəsdə bildirçin aparan sakin. (Reuters/Mohammad Ismail)

65-ci Kann Film Festivalının açılışı üçün ABŞ aktrisası Marilyn Monroe-un böyük posterini fəhlələr Kannda Festival Sarayından asırlar. (Reuters/Eric Gaillard)