Obama Əfqanıstanda təhlükəsizliyə nəzarətin iki ilə yerli qüvvələrə veriləcəyini deyir

ABŞ prezidenti Barack Obama NATO-nun gələn il Əfqanıstanda təhlükəsizliyə nəzarəti yerli qüvvələrə verməyə hazır olduğunu deyir.

Prezident qeyd edib ki, NATO qüvvələri 2014-cü ilin sonundan Əfqanıstanı tərk edib bu ölkədə yalnız yerli qüvvələrə təlimlərlə məşğul olacaq.