Türkiyə Fransa ilə əlaqələri möhkəmləndirməyə ümid edir


Türkiyə prezidenti Abdullah Gül Fransanın yeni prezidenti Francois Hollandenin hakimiyyəti illərində bu ölkə ilə əlaqələrin möhkəmlənəcəyinə ümid etdiyini bildirir.

Gül mayın 21-də Çikaqoda NATO-nun sammitində Fransanın yeni prezidenti milə görüşüb. Türkiyə prezidenti jurnalistlərə bildirib ki, Francois Hollande Ankara ilə əməkdaşlığa yeni səhifə açmağa söz verib.

Türkiyənin Avropa Birliyinə üzvlüyünə etirazına görə onsuz da Fransa ilə münasibətləri gərgin idi. Amma keçmiş prezident Nicolas Sarkozy-nin Osmanlı İmperiyası dövründə ermənilərə qarşı soyqırımı olması barədə iddiaları rədd edənlərə Fransa ərazisində cəza nəzərdə tutan qanunun qəbuluna cəhdlərinə görə Ankara ilə Paris arasında gərginlik daha da dərinləşib.