Fransalı senatorların Dağlıq Qarabağa getməsi xəbəri araşdırılır

Elman Abdullayev

"Xarici İşlər Nazirliyi Azərbaycanın Fransadakı səfirliyinə fransalı senatorların
Azərbaycanın işğal altında olan ərazilərinə səfəri barədə kütləvi informasiya vasitələrində gedən məlumatların araşdırılmasını tapşırıb".

Bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

O qeyd edib ki, Ermənistan kütləvi informasiya vasitələri əksər hallarda informasiyanı təhrif etdiyindən və yaxud şişirdilmiş şəkildə verdiyindən məsələ Azərbaycanın Parisdəki səfirliyi
tərəfindən araşdırılır.

O bildirib ki, əgər bu məlumat təsdiqlənsə, buna adekvat reaksiya veriləcək.

Ermənistan kütləvi informasiya vasitələri fransalı senatorların Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna səfər etməsi və orada separatçı rejimin rəhbərliyi ilə görüşlər keçirməsi barədə məlumat yayıb.