Yunanıstan avro zonada qalacaq

Bu gün Brüsseldə Avropa Birliyi sammitinin birinci iş günü sona çatıb.

Avropa Birliyi prezidenti Herman Van Rompuy bildirib ki, Yunanıstan avro zonada qalacaq. Ancaq Afina vəd olunan islahatları həyata keçirməlidir.

27 Avropa Birliyi ölkəsi liderlərinin sammiti əsasən iqtisadi böhranın həllinə həsr olunub.