Alimlər etiraz aksiyası keçiriblər


Ukrayna Milli Elmlər Akademiyasının 1000 nəfərə yaxın əməkdaşı mayın 24-də Ukrayna hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar elmə daha çox pul ayrılmasını tələb edirlər.

Əllərində “Alimi ac olan ölkə məhv olar”, “Elmdən qənaət başqa ölkələrə sərmayədir” kimi şüarlar tutan alimlər deyiblər ki, kasıblığa görə Ukrayna alimləri ABŞ və Rusiyaya axışırlar.
Elmlər Akademiyası bu il hökumətin onlara lazım olandan on milyonlarla dollar az pul verdiyini bildirir.